Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Arif Əsədov: "Futbolçularımız xarakter nümayiş etdirdilər"
"Futbolçularımız xarakter nümayiş etdirdi".
"Report" xəbər verir ki, bunu Azərbaycan milli komandasının məşqçisi Arif Əsədov Qazaxıstan ilə keçirilən yoldaşlıq görüşündən sonra baş tutan mətbuat konfransında deyib.
53 yaşlı mütəxəssis qarşılaşmanın çətin keçdiyini söyləyib:
"Futbolçularımı təbrik edirəm. Mövsümün sonu olduğundan, həm psixoloji, həm də fiziki yorğunluq var. Buna baxmayaraq, oyunçularımız xarakter nümayiş etdirərək, geridönüş etməyi bacardılar. Təəssüf ki, ilk standart vəziyyətdən qol buraxdıq. Ardınca rəqib əks-hücumdan daha bir dəfə fərqləndi. Ancaq komandamız toparlanaraq qələbə qazandı. Albaniya ilə görüşü də yaxşı keçirmişdik. Ən azı heç-heçəyə layiq idik. Həmin matçdan sonra da görürdük ki, azarkeşlər və ictimaiyyət komandaya inanır. Bu amil futbolçulara müsbət təsir göstərmişdi".
Qeyd edək ki, Azərbaycan - Qazaxıstan görüşü yığmamızın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.