Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
"Bayer" Almaniya Superkubokuna penaltilər seriyasından sonra sahib çıxdı
Almaniya Superkuboku uğrunda həlledici matçda ölkə çempionu "Bayer Leverkusen" "Ştutqart"la qarşılaşıb.
Oxu.Az xəbər verir ki, oyun Leverkuzendəki "BayArena"da keçirilib.
11-ci dəqiqədə "Bayer"nin hücumçusu Viktor Bonifase hesabı açıb. 15-ci dəqiqədə "Ştutqart"ın yarımmüdafiəçisi Enzo Milhaud hesabı bərabərləşdirib.
İlk hissənin sonlarına yaxın "Bayer" azlıqda qalıb. Üstəlik, komandanın baş məşqçisi Xabi Alonso da sarı vərəqə alıb.
Azlıqda qalan komanda ikinci hissədə qapısında bir qol daha görsə də, 88-ci dəqiqədə bərabərliyə nail olub - 2:2.
Matçın sonunda penaltilərdə isə Leverkuzendən olanlar daha uğurlu olub - 4:3.
Beləliklə, "Bayer Leverkusen" Almaniya Superkubokunun sahibi olub.
"Bayer Leverkuzen" teqi üzrə xəbərlər
- "Globe Soccer Awards" 2024-cü ilin ən yaxşı klubu adına namizədlərin siyahısını açıqlayıb
- "Globe Soccer Awards" 2024-cü ilin ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb
- "Real Madrid"in yay üçün transfer hədəfləri açıqlanıb
- Hakan Çalhanoğlu yeddi il sonra ilk dəfə penaltidən fərqlənə bilmədi
- "Real Madrid" futbolçuları Karlo Ançelottinin istefasını tələb ediblər
Rəylər