Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Almaniya Bundesliqası: "Bavariya" "Frayburq"u məğlub etdi
"Bavariya" Bundesliqanın ikinci turunda "Frayburq"u məğlub edib - 2:0
Oxu.Az xəbər verir ki, Vinsent Kompaninin komandası fasiləyə qədər önə keçib. Harri Keyn 2024/25 Bundesliqa mövsümündəki ilk qolunu vuraraq penaltini qola çevirib.
Matçın sonlarına yaxın əvəzedici Tomas Müller "Bavariya"nın üstünlüyünü artırıb. "Frayburq" əlavə vaxtda hesabı azalda bilərdi, lakin Lukas Höler 11-metrlik cərimə zərbəsini dəqiq yerinə yetirə bilmədi.
"Bavariya" yeni Bundesliqa mövsümünün əvvəlində iki qələbə qazanaraq liderliyi "Haydenhaym" və "RB Leypsiq"lə bölüşür. "Frayburq"un aktivində isə üç xal var.
Qeyd edək ki, növbəti turda - sentyabrın 14-də "Bavariya" səfərdə "Holşteyn"lə qarşılaşacaq, "Frayburq" isə "Bohum"u qəbul edəcək.
Bundesliqa. 3-cü tur
"Bavariya" - "Frayburq" - 2:0 (1:0)
Qollar: Keyn (38, pen.), Müller (78).
90+6-cı dəqiqədə Höler ("Frayburq") penaltini yerinə yetirə bilməyib.
Rəylər