Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Bakıda "laqonda" ilə ehtiyatsız davranan kişi öldü
Bakının Sabunçu rayonunda ehtiyatsızlıq ölümə səbəb olub.
APA xəbər verir ki, hadisə Nardaran qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1958-ci il təvəllüdlü Hüseynəli Musa oğlu Əsgərov evində ovuc daşlayıcı ("laqonda") ilə işləyərkən qolunun bazu sümüyünü kəsib.
Ailə üzvləri onu xəstəxanaya çatdırsalar da, yaralı dünyasını dəyişib.
Həkimlərin verdiyi məlumata görə, kişinin ölümünə səbəb qan itirməsi olub.
Faktla bağlı araşdırma aparılır.
"Ölüm hadisəsi" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər