Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Zaxarova: "Rusiya Yunanıstandan Ermənistana silah ixracı üzrə sorğu almayıb"
"Moskva Yunanıstandan Rusiya istehsalı olan hərbi texnikanın Ermənistana təkrar ixracının mümkünlüyü ilə bağlı heç bir sorğu almayıb".
Oxu.Az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinq zamanı NEWS.ru-nun sualına cavab olaraq bildirib.
Ondan Yunanıstanın Rusiya istehsalı olan S-300 sistemlərini Ermənistana ötürmək planları ilə bağlı mətbuatda yayılan məlumatlara münasibət bildirməsi xahiş olunub.
"Hərbi-texniki əməkdaşlığa dair 30 oktyabr 1995 və hərbi məhsulların tədarükünə dair 3 dekabr 2013-cü il tarixli ikitərəfli hökumətlərarası sazişlərin müddəalarına ciddi əməl etməyin zəruriliyini sizə xatırlatmaq istərdik. Bu sazişlər birmənalı şəkildə Yunanıstana Rusiyanın razılığı olmadan bizim təqdim etdiyimiz hərbi texnikanın təkrar ixracını qadağan edir", - Zaxarova qeyd edib.
Rəylər