Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Zalujnı "Türk axını"nı partlatmağı təklif edib?
Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı "Şimal axını" və "Şimal axını-2" qaz kəmərlərinə əlavə olaraq, Qara dənizin dibi ilə uzanan "Türk axını"nı da partlatmağı təklif edib, lakin əməliyyat uğursuz olub.
Oxu.Az xəbər verir ki, bu barədə Almaniyanın "Der Spiegel" jurnalı öz araşdırmasına nəticəsində məlumat yayıb.
Qeyd olunur ki, Zalujnı təxribatçıların "Şimal axını"nı partlatmaq planlarından xəbər tutanda bu əməliyyatı genişləndirmək istəyib. Nəşrin mənbələrinin məlumatına görə, o, Qara dənizdə qaz kəmərini partlatmağı da təklif edib. Nəticədə bir qrup diversant hər iki əməliyyatı eyni vaxtda planlaşdırmağa başlayıb. Bildirilir ki, daha sonra "Türk axını"na hücum uğursuz olub. Nəticədə qrup fikrini "Şimal axını" üzərində cəmləşdirib.
Məlumata görə, Zalujnı planlarından Volodimir Zelenskiyə məlumat vermək istəməyib. "Der Spiegel" iddia edir ki, təxribatçılar ona və ətrafına etibar etməyiblər.
Rəylər