Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
"YouTube"da ən populyar bloqer məlum oldu
İyunun 2-də MrBeast kimi tanınan Cimmi Donaldsonun "YouTube" kanalında abunəçilərin sayı 267 milyon nəfərə çatıb.
26 yaşlı bloqerin kanalı Hindistanın musiqi brendi olan "T-Series"i geridə qoyub.
İndi MrBeast "YouTube" tarixində ən populyar kanal hesab olunur. Heç bir bloqer və ya brend bu qədər yüksək göstəriciyə nail ola bilməyib.
Son dərəcə çox abunəçi sayı ilə yanaşı, Donaldsonun videoları on və yüz milyonlarla baxış toplayır.
Qeyd edək ki, kanal 2012-ci ilin fevralında yaradılıb.
Mənbə: championat.com
Ən çox oxunanlar