Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Yeni "BMW M5" "MotoGP" çempionatının rəsmi avtomobili oldu
Yeni nəsil "BMW M5" sedanı "MotoGP" çempionatının rəsmi avtomobili olub.
Oxu.Az motor.ru-ya istinadən xəbər verir ki, hibrid, dördqapılı, idman prototipləri üslubunda hazırlanmlş yeni təhlükəsizlik avtomobili bu şənbə San Marino Qran-prisində debüt edəcək.
Avtomobilin təqdimatı Milanda keçirilib. Sedan FIA WEC yarışlarında iştirak edən "BMW M Hybrid V8" idman prototiplərini xatırladır.
Güc qurğusu seriyalı avtomobil ilə eynidir. O "M Hybrid" adlanır və ona V8 4,4 biturbo mühərriki, elektrik mühərriki və nominal gücü 22,1 kilovat/saat olan dartma batareyası daxildir. Transmissiyada səkkiz pilləli avtomatdan istifadə edilir, "M5" aktiv arxa diferensialla "M xDrive" tam ötürücüsünə malikdir. Eyni zamanda, sedanın "yeddinci" iterasiyası, çox olmasa da, sələfindən daha yavaşdır, çünki o əsl yolsuzluq avtomobili kimi işləyir.
Rəylər