Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Yaponiyada güclü zəlzələ dağıntılara səbəb oldu
Yaponiyanın İşikava prefekturasında 5,9 bal gücündə zəlzələ baş verib.
Bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb.
Yeraltı təkanların episentri Noto yarımadası ərazisində, mənbəyi isə 10 km dərinlikdə yerləşib.
Xəsarət alanlar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilib, lakin zəlzələdən bir neçə dəqiqə sonra xəbərdarlıq ləğv edilib. 10 dəqiqə sonra həmin bölgədə 4,8 bal gücündə ikinci zəlzələ qeydə alınıb. Zəlzələ nəticəsində yarımadada beş bina uçub. Yerli hakimiyyət orqanlarının məlumatına görə, təbii fəlakət nəticəsində ölən olmayıb.
Mənbə: TASS
"Yaponiyada zəlzələ" teqi üzrə xəbərlər
Ən çox oxunanlar