Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
"Volkswagen" şirkəti "Scout" brendini yenidən canlandırdı
"Volkswagen Group" tərəfindən yenidən canlandırılan "Scout Motors" şirkəti brendin yeni tarixində ilk iki modelini təqdim edib. Təqdimat "International Harvester" şirkətinin orijinal ABŞ yolsuzluq avtomobillərinin istehsalının başa çatmasından düz 44 il sonra baş tutub.
Oxu.Az bu barədə "Izvestiya"ya istinadən məlumat verir.
Debüt modelləri "Traveler" yolsuzluq maşını və "Terra" pikapı olacaq. Onlar həm tam elektrik mühərriki, həm də hibrid versiyada (daxiliyanma mühərriki batareyanı doldurduğu variantda) təklif olunacaq. Birinci halda sürmə məsafəsi 563 km, ikinci halda isə 805 km təşkil edəcək.
Avtomobillər iki ekranlı və geniş mərkəzi konsolu olan minimalist interyerə malikdir. Pikap üçün əlavə olaraq ön oturacaqları bütöv üçnəfərlik divana dəyişmək mümkün olacaq. İstehsalçı modellər üçün yolsuzluq imkanları və səyahət üçün geniş aksesuar dəsti vəd edib.
"Scout"un yeni modellərinin başlanğıc qiymətinin 60 000 dollardan çox olmayacağı gözlənilir. Onların istehsalı 2027-ci ildə Cənubi Karolina ştatında hazırda yığılan yeni zavodda başlayacaq.
Rəylər