Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Venesuela prezident seçkisinin nəticələrini tanımayan ölkələrlə diplomatik əlaqələri kəsməyə başladı
Venesuela Peru ilə diplomatik əlaqələrini kəsir. Buna səbəb Perunun xarici işlər naziri Xavyer Qonsales Olaeçeanın müxalifət nümayəndəsi Edmundo Qonsalesi Venesuela Bolivar Respublikasının seçilmiş prezidenti adlandırmasıdır.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Venesuelanın xarici işlər naziri İvan Xil Pinto "X" sosial şəbəkə hesabında məlumat verib.
"Venesuela hökuməti Peru Respublikası ilə 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının 45-ci maddəsinə əsasən, diplomatik əlaqələri kəsmək qərarına gəlib", - deyə diplomat qeyd edib.
Qeyd edək ki, İvan Xil bir gün əvvəl Venesuelada keçirilən seçkidə hazırkı Prezident Nikolas Maduronun qələbəsini tənqid edən yeddi ölkədən - Argentina, Kosta-Rika, Çili, Panama, Uruqvay, Peru və Dominikan Respublikasından diplomatların geri çağırılacağını bildirib.
Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopes isə prezident seçkisinin nəticələrinin elanından sonra ölkədə dövlət çevrilişinə cəhd edildiyi barədə məlumat verib.
Rəylər