Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Ukraynalı nazir xəbərdarlıq etdi: “Zaporojye AES-də hər an partlayış baş verə bilər”
“Rusiyalılar Ukrayna tərəfini Zaporojye Atom Elektrik Stansiyasında vəziyyətin monitorinqindən tamamilə uzaqlaşdırıblar və buna görə də Energetika Nazirliyi əmindir ki, stansiyada hər an partlayış baş verə bilər”.
Bu sözləri Ukraynanın energetika naziri German Qaluşenko deyib.
“Reaktor hər an partlaya bilər, sadəcə, bunun nə vaxt baş verəcəyini bilmirik. Rusiyalılar bizi təhlükəsizlik monitorinq sistemlərindən tamamilə uzaqlaşdırıblar. Biz hərbi kəşfiyyatımıza və Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ekspertlərinə güvənirik. Amma stansiya üzərində nəzarətimiz yoxdur və bu da bizi narahat edir”, - deyə nazir qeyd edib.
O həmçinin xatırladıb ki, Ukrayna Rusiya tərəfindən Zaporojye AES-in ələ keçirilməsi ilə bağlı potensial təhlükələr barədə dünya ictimaiyyətinə dəfələrlə xəbərdarlıq edib. Onun sözlərinə görə, Kaxovka bəndinin dağıdılması Moskvanın Ukraynada siyasi və hərbi məqsədlərinə çatmaq üçün dinc sakinlərin həyatını riskə atmağa hazır olduğunu bir daha vurğulayır.
Mənbə: UNİAN “Telegram”
"BAEA" teqi üzrə xəbərlər
- İran prezidenti: "Ölkə istənilən düşmən addımına cavab verəcək"
- İran XİN nüvə sazişi üzrə danışıqlara hazır olduğunu bildirdi
- KİV: İran dörd atom bombası yaratmaq üçün uran ehtiyatlarını artıra bilər
- İranın zənginləşdirilmiş uran ehtiyatları artıb
- Çin “Fukusima-1”dən su buraxdığına görə Yaponiyadan təzminat tələb edir
Rəylər