Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Ukrayna Rusiyanın iştirakı ilə ikinci sülh sammiti keçirmək istəyir
"Kiyev Rusiyanın iştirakı ilə ikinci sülh sammiti keçirmək istəyir".
Oxu.Az "Reuters"ə istinadən xəbər verir ki, bunu Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar Ankarada keçirdiyi brifinqdə deyib.
Eyni zamanda, diplomat Kiyev və Moskva arasında birbaşa ikitərəfli danışıqların mümkünlüyünü istisna edib.
Səfirin sözlərinə görə, beynəlxalq ictimaiyyət Ukrayna ilə birlikdə oturub bu ölkədə sülh üçün atıla biləcək addımların siyahısını tərtib edəcək.
Görüşün üçüncü tərəflərin də iştirak edəcəyi formatda keçirilməsi və danışıqların üçüncü tərəflər vasitəsilə aparılması planlaşdırılır.
Bodnar əlavə edib ki, Türkiyə mühüm vasitəçi olacaq.
"Sülh Sammiti" teqi üzrə xəbərlər
- Lavrov Rusiyanın müharibəni bitirmək müqabilində tələbini açıqladı
- Moskvanın Ukrayna ilə bağlı sammitə dəvət məsələsinə Rusiya XİN-dən cavab
- Kiyevin ABŞ-də seçkiyə qədər ikinci sülh sammitini keçirmək planları məlum oldu
- Zelenski Putinin növbəti sülh sammitində iştirak edə biləcəyini dedi
- Ukrayna üçün vacib gün: "Qlobal sülh sammiti" işinə başlayır
Rəylər