Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Ukrayna ordusunda hərbçilərin ehtiyatsızlığı partlayışa və ekoloji fəlakətə səbəb oldu
Xarkov vilayətində Ukrayna Silahlı Qüvvələrinin sursat anbarı partlayıb.
Oxu.Az-ın "Mash" "Telegram" kanalına istinadla verdiyi məlumata görə, bu hərbçilərin ehtiyatsızlığı üzündən baş verib.
Belə ki, əsgərlərin mərmi qutularını birbaşa günəş şüaları altında unutmaları nəticəsində sursatlar qızıb detonasiya edib.
Hadisədən sonra yanğın başlayıb. Əsgərlər yanğını öz gücləri ilə söndürməyə çalışıblar - alınmayıb. Yanğınsöndürənlər çağırılanda isə artıq gec olub. Hazırda 1500 hektar meşə sahəsi yanır, şəhəri tüstü bürüyüb.
Bundan başqa İzyum, Balakleya və Slobojan Milli Parkı ətrafında da yanğın var. Dinc sakinlər kəskin qoxudan, baş ağrısından və pis əhvali-ruhiyyədən şikayət edirlər. İlkin məlumata görə, 74 yaşlı qadın həlak olub.
Məlumata görə, hərbçilər bu sursatla Belqoroda zərbə endirməyi planlaşdırırmışlar.
Kadrlarda vilayətdəki vəziyyət göstərilir.
"Ukrayna Silahlı Qüvvələri" teqi üzrə xəbərlər
- KİV Ukraynanın sərəncamında olan ATACMS raketlərinin mümkün sayını açıqlayıb
- Rusiyanın dərinliyinə zərbələrə icazə verilməsinə Moskvanın cavab variantı açıqlanıb
- Çexiya prezidenti ölkə vətəndaşlarına Ukrayna ordusuna qoşulmağa icazə verdi
- Kadırov Ukrayna SQ-nin Baş Qərargahının binasına endirilən zərbənin səbəbini açıqladı
- Ukrayna ordusunun azərbaycanəsilli hərbçisi həlak olub
Rəylər