Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Türkiyədə "TikTok" bloklanacaq?
"Türkiyə hakimiyyəti "Instagram"ı blokladıqdan sonra ölkədə məşhur olan "TikTok" sosial şəbəkə platformasına girişi əngəlləmək fikrində deyil".
Oxu.Az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat Nazirliyinin rəhbəri Əbdülkadir Uraloğlu məlumat verib.
"TikTok"un bağlanması məsələsi gündəmimizdə yoxdur, biz heç nəyi qadağan etməyi qarşımıza məqsəd qoymuruq. Xarici sosial şəbəkələrin qanunvericiliyimizin tələblərinə əməl etməsini istəyirik", - nazir bildirib.
Uraloğlunun sözlərinə görə, Türkiyə hakimiyyəti sosial şəbəkələrin, o cümlədən "Instagram"ın nümayəndələri ilə əlaqə saxlayır.
"Türkiyədə bütün sosial şəbəkələrin öz nümayəndələri var, hər biri ilə əlaqə saxlayırıq. "Instagram" nümayəndələri ilə bir neçə görüş keçirdik, müəyyən mərhələyə gəldik, mövqeyimizi bildirdik. Yaxın gələcəkdə "Instagram"a giriş qadağasının aradan qaldırılacağına ümid edirik, lakin onlar da başa düşməlidirlər ki, Türkiyə hüquqi dövlətdir və onun qanunvericiliyinə əməl etməlidirlər", - nazir qeyd edib.
Xatırladaq ki, avqustun 2-də Türkiyədə "Instagram"a giriş bloklanıb. Türkiyə hökuməti bu qərarın sosial şəbəkənin yerli qanunvericiliyin tələblərini pozması səbəbindən qəbul edildiyini bildirib.
Rəylər