Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Türkiyədə İnterpol tərəfindən qırmızı bülletenlə axtarışda olan üç cinayətkar ələ keçirildi
Türkiyədə İnterpol tərəfindən beynəlxalq səviyyədə axtarışda olan üç cinayətkar ələ keçirilib.
Bu barədə Oxu.Az Türkiyənin daxili işlər naziri Ali Yerlikayanın "X" hesabında etdiyi paylaşıma istinadən bildirir.
"İsveç tərəfindən İnterpolun qırmızı bülleteni ilə "Narkotik vasitələrin qanunsuz dövriyyəsi, çirkli pulların yuyulması, dopinq və saxtakarlıq" cinayətlərinə görə beynəlxalq səviyyədə axtarışda olan, "Aleksander Kava" adlı saxta şəxsiyyət vəsiqəsi olan və saxta Polşa pasportu ilə ölkəmizə giriş etdiyi məlum olan, Polşa vətəndaşı Aleksander Qustafsson İstanbulun Beşiktaş rayonunda saxlanılıb.
Monteneqro tərəfindən İnterpolun qırmızı bülleteni ilə "Narkotik ticarəti və cinayət təşkilatına üzvlük" cinayətlərinə görə beynəlxalq səviyyədə axtarışda olan Draqan Pavlıçeviç İstanbulun Avcılar rayonunda ələ keçirilib.
İsveç tərəfindən qırmızı diffuziya mesajı ilə "Çirkli pulların yuyulması və narkotik ticarəti" cinayətlərinə görə beynəlxalq səviyyədə axtarışda olan və "Besnik Lajqı" adına Kosovo pasportu ilə ölkəmizə daxil olduğu məlum olan Aleksandar Nedevski Muğlanın Bodrum rayonunda saxlanılıb.
Qırmızı bülletendə qeyd olunub ki, Pavlıçeviç Monteneqro, Kolumbiya, Ekvador, Avstraliya və Niderlandda cinayətkar təşkilatın üzvləri ilə birlikdə 1 ton 570 kq kokain ticarəti həyata keçirib və həmçinin Ekvadordan əldə etdiyi 900 kq kokainin daşınmasını təmin edib", - deyə nazir paylaşımda qeyd edib.
🟥 İsveç tarafından çıkartılan İnterpol Kırmızı Bülteniyle “Uyuşturucu Madde Ticareti, Kara Para Aklama, Doping ve Sahtecilik" suçlarından uluslararası seviyede aranan “Alexander Gustafsson” İstanbul’da,
— Ali Yerlikaya (@AliYerlikaya) July 29, 2024
🟥 Karadağ tarağından çıkartılan İnterpol Kırmızı Bülteniyle “Uyuşturucu… pic.twitter.com/NZPa7z0Ee4
"Türkiyə" teqi üzrə xəbərlər
- İstanbulda Azərbaycan vətəndaşında 70 kiloqram qızıl AŞKARLANDI
- Türkiyənin "Kainat gözəli" təmsilçisindən etiraf: "Şəkillərdə proqram müdaxiləsi var idi"
- UEFA Millətlər Liqası: Türkiyənin pley-off mərhələsindəki rəqibi bəlli oldu
- Növbəti Avropa ölkəsi öz səmasını qorumaq üçün Türkiyəyə üz tutdu: "Bayraktar TB2" PUA alacaq
- Türkiyədə "Yenidoğan" məhkəməsi: On körpəni qəsdən öldürən tibb işçiləri ilə bağlı hesabat üzə çıxdı
Rəylər