Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Türkiyədə bir ilk: Yeni vulkan püskürməyə hazırlaşır
Türkiyənin Manisa şəhərinin Kula rayonunda alimlər Yer qabığının müxtəlif dərinliklərində 8 maqma otağı aşkar ediblər. Ən böyük maqma otağı səthə yaxın olduğundan zəlzələ kimi faktorlarla aktivləşərək püskürə bilər.
Oxu.Az-ın "Sputnik Türkiyə"yə istinadən verdiyi məlumata görə, bu barədə Eskişehir Osmangazi Universitetinin elm adamları xəbərdarlıq ediblər.
Bildirilib ki, professor Özgür Karaoğlu və komandasının "Kula-Salihli Jeoparkı"nda tədqiqatları zamanı səthin 5 kilometr dərinliyində böyük bir maqma kütləsi müəyyən edilib:
"Bu maqma kütləsi səthə doğru yüksəlir və bölgədəki geotermal sistemləri qızdırır. Kula bölgəsində ən son vulkanik fəaliyyət 4 700 il əvvəl baş verib. Aşkar etdiyimiz maqma otaqlarının səthə yaxınlıqları və düzülüşləri vulkanın yenidən fəaliyyətə keçmə ehtimallarının yüksək olduğunu göstərir", - deyə elm adamları vurğulayıblar.
Ekspertlər regiondakı aktiv qırılma xətlərinin də maqmanı tətikləyə biləcəyini qeyd ediblər.
Ankara Universiteti Geofizika Mühəndisliyi Bölümündən professor Bülent Kaypak isə layihə çərçivəsində istifadə olunan metodların Türkiyədə bir ilk olduğunu söyləyib.
"Türkiyə" teqi üzrə xəbərlər
- Türkiyədə "Yenidoğan" məhkəməsi: On körpəni qəsdən öldürən tibb işçiləri ilə bağlı hesabat üzə çıxdı
- Rəcəb Tayyib Ərdoğan: "Dövlət Bağçalı ilə aramızda heç bir fikir ayrılığı yoxdur"
- Türkiyəli nazir: "Bəsrə körfəzindən uzanan yolu Orta Dəhlizə birləşdirmək istəyirik"
- Türkiyədə FETÖ-nün gizli evlərinə basqın: Fətullah Gülənin əsas mühafizəçilərindən biri ələ keçdi
- Volkan Coşqun: "Bakıya hərbi, kənd təsərrüfatı və tibbi meteorologiya sahələrində dəstək verdik"
Rəylər