Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Türkiyənin DİN rəhbəri: "Malatyada baş verən zəlzələdə 250-yə yaxın insan həkimə müraciət edib"
Malatya zəlzələsi ilə əlaqədar 250-yə yaxın sakin həkimə müraciət edib, onlardan 11-nin müalicəsi davam edir.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya özünün sosial şəbəkə hesabından xəbər verib.
"Səhiyyə Nazirliyindən alınan məlumata görə, zəlzələdən Malatyada 55, Elazığda 111, Şanlıurfada 37, Diyarbəkirdə 19, Adıyamanda 18, Ərzincanda 6 və Kahramanmaraşda 3 nəfər olmaqla, ümumilikdə 249 vətəndaşımız həkimə müraciət edib", - deyə o, bildirib.
Nazir əlavə edib ki, Malatyada baş vermiş 5.9 bal gücündə zəlzələdən sonra ən güclüsü 3.3 bal olmaqla, 194 təkrar yeraltı təkan qeydə alınıb.
O, həmçinin vurğulayıb ki, zərər görmüş ərazilərdə zədələnmə dərəcəsinin müəyyənləşdirilməsi işləri davam etdirilir.
Türkiyədə dünən saat 10 radələrində baş verən 5.9 bal gücündə zəlzələdə 500-dən çox binaya zərər dəyib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə ölkənin Ətraf, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin rəhbəri Murat Kurum açıqlama verib.
Onun sözlərinə görə, təbii fəlakətlə əlaqədar 1000-dən çox şikayət olub.
"Malatyanın Kale rayonunda baş verən və ətraf vilayətlərdə də hiss edilən 5.9 maqnitudalı zəlzələdən sonra Tikinti İşləri Baş İdarəsinə bağlı zərər müəyyənetmə qruplarımızın işləri davam edir. İndiyə qədər 1211 şikayət dəyərləndirilib. Elazığda 20 ağır zərər görmüş, 517 az zərər görmüş bina var. Malatyada isə 18 az zərər görmüş bina müəyyən edilib", - deyə o bildirib.
Xatırladaq ki, dünən Malatyada 5.9 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Diyarbəkir, Şanlıurfa, Elazığ, Batman və Tunceli vilayətlərində də hiss edilib. Son məlumatlara görə, təbii fəlakət səbəbindən 200-ə yaxın insan həkimə müraciət edib.
Rəylər