Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Türkiyə Milli Müdafiə Nazirliyi: "Fətullah Gülən vətənsiz öldü"
"Manqurtlaşdırdığı beyinlərlə əsl Türk millətinin istiqlal və istiqbalına qəsd edən, dövlətimizə və qəhrəman ordumuza böyük zərər verən FETÖ başçısı ölüb. Bu xainin "vətənsiz" ölməsi və əbədi olaraq belə xatırlanacaq olması, bu təşkilatdan zərər çəkən vətəndaşlarımızın ağrılarını azalda bilməsə də, vətəninə xəyanət edənlərin qaçılmaz sonunu göstərməsi baxımından ibrətamizdir".
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin FETÖ başçısı Fətullah Gülənin ölümü ilə bağlı verdiyi bəyanatda bildirilib.
Qurumdan, həmçinin hələ də bu təşkilatın əsiri olaraq vətəninə xəyanət edənlərin dərs almaları lazım olduğu vurğulanıb.
"Başda FETÖ olmaqla, bütün dəyərləri istismar edərək xalqımıza və ölkəmizə xəyanət edən bütün terror təşkilatları ilə mübarizəmiz kökləri tamamilə qazılana qədər əzm və qətiyyətlə davam edəcək", - deyə bəyanatda vurğulanıb.
"Fətullah Gülən" teqi üzrə xəbərlər
- Türkiyədə FETÖ-nün gizli evlərinə basqın: Fətullah Gülənin əsas mühafizəçilərindən biri ələ keçdi
- Bu xəbərləri qaçırmayın: 09.11.2024-ün ən mühüm hadisələri
- FETÖ lideri Fətullah Gülənin dəfn mərasimi ilə bağlı şok TƏFƏRRÜAT: Xristian adətləri ilə basdırılıb
- Fətullah Gülənin nəvəsinin ABŞ ordusunda zabit olduğu üzə çıxdı
- Gülənin dəfnində qeyri-adi mənzərə: Qonaqlar maskada gəldilər, təkbir yasaq edildi, "İncil" oxundu
Rəylər