Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Gülənin dəfnində qeyri-adi mənzərə: Qonaqlar maskada gəldilər, təkbir yasaq edildi, "İncil" oxundu
Türkiyədə terror təşkilatı kimi tanınan FETÖ lideri Fətullah Gülən üçün ABŞ-nin Nyu-Cersi ştatında "Skylands Stadion" idman kompleksində vida mərasimi təşkil edilib. Tədbirə qatılanlar üzlərini gizlətmək üçün papaq, eynək və maskadan istifadə ediblər.
Oxu.Az bu barədə "Haber Global"a istinadla xəbər verib.
Məlum olub ki, mərasim yeri son ana qədər gizli saxlanılıb: Təşkilat üzvlərinə yalnız tədbirə bir neçə saat qalmış "WhatsApp" vasitəsilə məlumat verilib.
Bildirilir ki, dəvət olunanlardan üzlərini gizlətmək tələb olunub:
"Maska, papaq və eynək taxın. Türkiyə mətbuatı olacaq. Təhlükəsizlik orqanlarının əməkdaşları da olacaq. Stadiona giriş QR-kodladır", - deyə ismarışda bildirilib.
Tədbirlə bağlı yayımlanan kadrlardan aydın olur ki, FETÖ üzvləri deyilənləri ediblər. Sarı gödəkçə geyinmiş bəzi təşkilat üzvləri isə mətbuat nümayəndələrini görəndə üzlərini əlləri ilə gizlədiblər.
Daha bir maraqlı detal mərasimdə təkbir gətirilməsinin ("Allahu Əkbər" deyilməsi) qadağan edilməsi olub. Bunun əvəzində kardinal Gülənin tabutu başında "İncil"dən hissə oxuyub.
İngilis dilində oxunan ayələrin tərcüməsi belədir: "Biz hamımız onun uşaqlarıyıq. O, özünü bizim üçün fəda etdi. Rəbbimiz bu irsin davam etməsini və bütün dünyaya yayılmasını təmin etməyimizi istəyir".
Bununla bağlı kadrlar sosial şəbəkələrdə sürətlə yayılıb.
Bundan başqa mərasimin gizliliyini qorumaq üçün stadionun yerləşdiyi "Essex" bölgəsində yerli vaxtla 10:00-14:00 arası dron uçurmaq qadağan edilib. Həmçinin ABŞ polisləri türkiyəli jurnalistlərin oradan görüntü çəkməsinə mane olub.
Xatırladaq ki, FETÖ lideri oktyabrın 20-də Pensilvaniyada vəfat edib. 83 yaşlı təşkilat lideri aparıldığı xəstəxanada ölüb. O, təşkilatın ABŞ-də qərargah kimi istifadə etdiyi Pensilvaniya ştatındakı malikanənin həyətində dəfn edilib.
Rəylər