Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Trampdan ABŞ-nin 35 trilyon dollarlıq borcu ilə bağlı maraqlı təklif: "Kiçik bir kağıza yazacağam"
ABŞ-nin dövlət borcunu ödəmək üçün sadəcə olaraq kağıza tələb olunan məbləği kriptovalyutada yazmaq və borcun bağlandığını bəyan etmək olar.
Oxu.Az-ın Rusiya KİV-ə istinadən xəbərinə görə, bu sözləri ABŞ-də Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp seçicilərlə təkbətək görüşündə zarafat olaraq deyib.
Ağ Evin keçmiş rəhbərinin sözlərinə görə, o, sadəliyinə və lakonikliyinə görə bu variantı çox bəyənir.
"Bəlkə biz ABŞ-nin 35 trilyon dollarını kriptovalyuta ilə ödəyək. Mən kiçik bir kağız parçasına yazacağam: "35 trilyon dollar kriptovalyutada - bizim borcumuz yoxdur". Bu mənim xoşuma gəlir", - deyə Donald Tramp bildirib.
"Donald Tramp" teqi üzrə xəbərlər
- Medvedev: "Tramp Ukrayna münaqişəsinə son qoya bilər"
- Trampa seçkidə uduzan Kamala Harris məğlubiyyətdən sonra hara yoxa çıxıb? - Ağ Evdən açıqlama
- Tramp gitara satışına başladı
- Trampın vəzifəyə təyin etdiyi İlon Mask: "Bir çox qərarlar məndən xəbərsiz qəbul olunur"
- Trampın rədd etdiyi rəsm əsəri hərraca çıxarıldı
Rəylər