Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
"Titanik"in sərnişinlərini xilas edən kapitanın saatı rekord qiymətə satıldı
"Titanik" laynerinin 700-dən çox sərnişinini xilas edən "Karpatiya" gəmisinin kapitanı Artur Rostonun saatı 2 milyon dollara satılıb.
Oxu.Az xəbər verir ki, bu barədə BBC "Henry Aldridge and Son" hərrac evinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, 18 karat qızıldan hazırlanmış "Tiffany" saatı 1912-ci ildə xilas etdiyi "Titanik"in sağ qalan sərnişinləri tərəfindən Rostona hədiyyə edilib. Saatın üzərində "Kapitan Rostona səmimi qəlbdən təşəkkür və minnətdarlıqla" yazısı həkk olunub.
Saat ABŞ-dən olan kolleksiyaçı tərəfindən satın alınıb. Məlumata görə, bu, "Titanik"lə əlaqəli əşya üçün indiyə qədər ödənilən ən yüksək qiymətdir. Əvvəlki rekord aprel ayında "Henri Aldridge and Son" saytında Astorun qızıl cib saatı təxminən 1,5 milyon dollara satıldığı zaman qeydə alınıb.
Rəylər