Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Tamamilə yeni "Hyundai Santa Fe" təqdim olundu
Çində Çendu avtosalonunda beşinci nəsil "Hyundai Santa Fe" təqdim edilib.
Oxu.Az xəbər verir ki, bu barədə motor.ru məlumat yayıb.
Artıq müraciətlərin qəbuluna başlanılıb. Xarici görünüşü və interyerinə görə, Çinin "Beijing-Hyundai" müştərək müəssisəsi tərəfindən istehsal olunan "Santa Fe" qlobal modeldən fərqlənmir. Lakin texnologiya orijinaldır: yeni model klassik turbo mühərriklə təchiz edilib.
Qlobal "Hyundai Santa Fe" ya 2.5 litrlik atmosfer mühərrik və 8 pilləli avtomatik transmissiya ilə, ya da 8 pilləli presqiv "robot"la eyni həcmdə turbo mühərriklə təchiz edilir. Ancaq Çində vergilər mühərrikin işlək həcminə görə hesablanır, buna görə də 2.0 litrlik turbo mühərrikdən istifadə etmək qərara alınıb. "G4NN" turbo-dördlüyü 247 at gücü və 353 Nm fırlanma anına çatır, təkan hidrotransformatorlu 8 pilləli sürət qutusu vasitəsilə ötürülür.
Rəylər