Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Şri-Lankada 118 mindən çox insan daşqınlardan zərər çəkib
Şri-Lankada güclü yağışlardan sonra başlayan daşqının nəticələri 118 mindən çox insana ziyan vurub.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Fəlakətlərin İdarə Edilməsi Mərkəzinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, zərəri ən çox adanın qərb və şimal əyalətlərinin sakinləri çəkib. Bir həftə ərzində suyun səviyyəsinin xeyli qalxması nəticəsində iki nəfər həlak olub, iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 76 minə yaxın insan təxliyə edilib, 230-dan çox yaşayış binası qismən və ya tamamilə dağılıb, məktəblər bağlanıb.
Yerli çaylarda suyun səviyyəsi yüksək olaraq qalır və meteoroloqlar növbəti 24 saat ərzində əlverişsiz hava şəraitinin davam edəcəyi barədə xəbərdarlıq ediblər.
Rəylər