Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Sosial mediada milyonları ilhamlandıran kiçik qəhrəman vəfat etdi
Sosial media platforması "TikTok"da milyonlarla izləyicini özünə cəlb edən 10 yaşlı bloqer Bella Tompson Torontoda (Kanada) vəfat edib.
Oxu.Az-ın kp.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə Bellanın anası kədərli bir paylaşımla elan edib:
"Bizim cəsur qızımız buradakı irsini qoyaraq qızıl küçələrdə rəqs etmək üçün getdi. Bella qollarımızda sakit halda həyata gözlərini yumdu".
Qeyd edək ki, kiçik yaşlarından üç genetik xəstəlikdən və cırtdanboyluluqdan əziyyət çəkən Bella sosial mediada paylaşdığı ilhamverici videolarla özünü sevdirmişdi. Onun "TikTok" hesabının 7 milyondan çox izləyicisi olub.
Rəylər