Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Slovakiyanın baş naziri sui-qəsd cəhdindən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb
Mayın ortalarında sui-qəsd cəhdinə məruz qalan Slovakiyanın Baş naziri Robert Fitso ilk dəfə ictimaiyyət qarşısına çıxıb.
O, Slovakiyada dövlət bayramı sayılan Müqəddəs Kiril və Mefodi Günü münasibətilə nitqlə çıxış edib. Mərasim Bratislavadakı Devin qəsrində təşkil olunub.
Qeyd edək ki, Fitsoya sui-qəsd cəhdi mayın 15-də hökumətin geri çəkilməsindən sonra baş verib. Hücum edən şəxs beş dəfə atəş açıb. Polis cinayətkarı hadisə yerində saxlayıb. Mayın sonunda Fitso sağalmaq üçün xəstəxanadan evinə buraxılıb.
Mənbə: RİA Novosti
Ən çox oxunanlar
Rəylər