Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Şimali Koreya ABŞ-ni hədələdi
"Şimali Koreya ordusu ölkənin suverenliyinə qarşı təxribatlarını davam etdirəcəkləri təqdirdə ABŞ və Cənubi Koreyaya qarşı tədbir görməyə hazırdır".
Bunu Koreya Xalq Demokratik Respublikasının müdafiə nazirinin müavini Kim Qanq İl deyib.
Pxenyan rəsmi Seulun Şimali Koreyada təbliğat vərəqələri paylanmasını "psixoloji sui-qəsd" adlandırıb.
Bundan əlavə, bildirilib ki, Koreya yarımadasının sahillərində dəniz sərhədinin pozulması hallarının sayı artıb.
"Dəniz sərhədinin tez-tez pozulması təhlükəli nəticələrə gətirib çıxaracaq. Biz heç vaxt sərhəd xəttini keçməmişik. Biz artıq xəbərdarlıq etmişik ki, suverenliyimizi və təhlükəsizliyimizi qorumaq üçün lazımi hərbi tədbirləri görə bilərik", - Kim Qanq İl xəbərdarlıq edib.
Mənbə: gazeta.ru
Mövzuya aid xəbərlər
- Şimali Koreya yeni naviqasiya sistemli taktiki ballistik raketi sınaqdan keçirib
- Şimali Koreya Yapon dənizi istiqamətində ballistik raket atıb
- Kim Çen Inın bacısı Rusiya ilə silah müqavilələri barədə xəbərləri şərh etdi
- Kim Çen In müharibəyə hazırlıq çərçivəsində yeni taktiki raket sistemini yoxladı - FOTO