Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Serdar Ortaçdan təəccübləndirən açıqlama: Bütün var-dövlətini kimə vəsiyyət etdi? - FOTO
Sosial şəbəkələrdəki paylaşımları və şəxsi həyatı ilə tez-tez gündəmə gələn məşhur türkiyəli müğənni Serdar Ortaç şoumen Mehmet Ali Erbili ziyarət edib.
Serdar Ortaç ziyarət əsnasında maraqlı etirafları ilə diqqət çəkib. Sənətçi bütün var-dövlətini kimə vəsiyyət etdiyini açıqlayıb.
“15 milyon Türkiyə lirəsi məbləğində borcumu ödədim, çox şükür, sıfırlandı. İndi özüm üçün çalışmaq vaxtıdır. İnşallah bu dəfə pulu saxlamağa nail ola bilərəm”, - deyə o qeyd edib.
Ortaç həmçinin ölümündən sonra mülkünü işçilərinə buraxacağına dair iddiasını da təzələyib.
“Ailəm, uşağım yoxdur. Ona görə də işçilərə verəcəm. Bir ev var onsuz da, onu da onlar paylaşacaqlar”, - deyə müğənni bildirib.
“Mən yazdım, verdim. Onlar öhdəsindən gələcəklər. Dərhal ölməyim ama...”, - deyə Serdar Ortaç vəsiyyətin təfərrüatı ilə bağlı suala cavab verib.
Qeyd edək ki, qumar borcları ilə gündəmə gələn Serdar Ortaçın əlində qalan son əmlakını da satacağı iddia edilirdi. 750 kvadratmetrə malik torpaq sahəsində tikilmiş səkkizotaqlı mülkün dəyərinin 4,9 milyon dollar olduğu bildirilir. Yaşayış binası 4 qonaq otağı, 4 sanitar qovşağına malik, terası, eyvanı, xüsusi kamera sistemi, peyzajı olan, boğaz mənzərəli xüsusi layihədir.
Mənbə: Haber Global
Rəylər