Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
SEPAH generalının Beyrutda öldürüldüyü təsdiqləndi
SEPAH-ın Qüds qanadının komandanının əməliyyat üzrə müavini general Abbas Nilfuruşanın öldürülməsi xəbəri öz təsdiqini tapıb.
Bununla bağlı SEPAH mediası, eləcə də İran Silahlı Qüvvələrinin Ədliyyə Təşkilatının rəhbəri Əhmədrza Purxaqan məlumat verib.
Purxaqan bildirib ki, Abbas Nilfuruşan İsrailin Livana hücumunda həlak olan Livan xalqının qonağıdır.
Qeyd olunub ki, SEPAH generalı daha öncə İsrailin Baş naziri Benyamin Netanyahuya qarşı təhdid xarakterli açıqlamalarında deyib: "İnqilabın dalğaları Təl-Əvivin küçələrinə yaxınlaşıb".
İsrail Hərbi Hava Qüvvələrinin dünən Beyrutun Dahiya bölgəsinə endirdiyi hava zərbələrindən sonra İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds qanadının komandanının əməliyyat üzrə müavini general Abbas Nilfuruşanın ölümü ilə bağlı xəbərlər yayılıb.
"Azad İran" "Telegram" kanalı bu barədə İran mediasına istinadla xəbər verib.
Bildirilir ki, SEPAH zabitinin öldürülməsi ilə bağlı sosial şəbəkələrdə paylaşımlar edilir.
O da vurğulanır ki, generalın ölüm xəbəri hələlik rəsmi şəkildə təsdiqini tapmayıb.
Rəylər