Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Şahzadə Uilyam və Keyt Middltonun qəsrinə maskalı basqın edildi
Britaniyada üzlərində maska olan şəxslər Şahzadə Uilyam və Keyt Middltonun iqamətgahı olan Vindzor qəsri ərazisində oğurluq ediblər.
Bu barədə Oxu.Az "The Sun" nəşrinə istinadən xəbər verir.
Məlumata görə, cütlüyün və üç övladının, eləcə də adətən, mülkü qoruyan polisin yoxluğundan istifadə edən maskalılar hündür hasardan aşıb, fermaya basqın ediblər. Qarətçilər ərazidəki kənd təsərrüfatı avadanlıqlarını oğurlayaraq qaçıblar. Onlar tövlədə saxlanılan pikap və kvadrosikl ilə cinayət yerini tərk ediblər.
"Onlar, yəqin ki, bir müddətdir, Vindzor qəsrini izləyirmişlər", - deyə nəşrə məlumat verən mənbə ehtimal edib.
Qeyd edək ki, bu vaxt şahzadə ailəsi çox yaxında, sözün əsl mənasında beş dəqiqəlik məsafədə - Adelaida kottecində olub.
"Şahzadə Uilyam" teqi üzrə xəbərlər
- "Ailə baxımından amansız il oldu": Şahzadə Uilyamın açıq etirafı
- Keyt Middlton və şahzadə Uilyamın münasibətlərinin sirri açıldı
- Keyt Middlton şahzadə Uilyama ultimatum qoyub
- III Çarlzın xəstəliyinə görə saray artıq hakimiyyət dəyişikliyinə hazırlaşır
- Britaniya kral ailəsində ilk: Keyt Middlton və Şahzadə Uilyamdan kamera qarşısında eşq görüntüləri
Rəylər