Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Rusiyalı senatorla milyarderin bacısının superyaxtalarına HƏBS QOYULDU - FOTO
Fici Respublikasının hakimiyyət orqanları rusiyalı senator Süleyman Kərimova məxsus yaxtaya həbs qoyub.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, “Amadea” yaxtası Ficinin müstəsna iqtisadi zonasına hökumət orqanlarının müvafiq icazəsi olmadan daxil olduğu üçün saxlanılıb. Məlum olub ki, həmin gəmi rusiyalı senator Süleyman Kərimova məxsusdur.
Ölkənin qanunlarına əsasən, xarici gəmilər limana daxil olmaq üçün bir neçə dövlət idarə və agentliklərindən icazə almalıdırlar.
“Bloomberg”in məlumatına görə, Almaniyada, Hamburq limanında rusiyalı milyarder Alişer Usmanovun bacısı Gülbahar İsmayılovaya məxsus “Dilbər” yaxtası da müsadirə olunub. 156 metr uzunluğunda olan yaxtanın qiyməti 600 milyon dollardır.
Mənbə: Lenta.ru
"Almaniya" teqi üzrə xəbərlər
- Bu xəbərləri qaçırmayın: 21.11.2024-ün ən mühüm hadisələri
- Annalena Berbok: "İqlim maliyyəsi sahəsində əməkdaşlığın genişləndirilməsi vacibdir"
- Almaniyada maraqlı hadisə: Göyərçin 200 sürücünü yeraltı dayanacağa kilidlədi
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- Şolts və Putin Ukraynadakı vəziyyəti müzakirə ediblər
Rəylər