Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Rusiyada "Taliban"la bağlı təklif irəli sürüldü: Putin hansı qərarı verəcək?
"Rusiya Xarici İşlər Nazirliyi və Ədliyyə Nazirliyi Prezident Vladimir Putinə məlumat verib ki, "Taliban" hərəkatı qadağan olunmuş təşkilatlar siyahısından çıxarıla bilər".
Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin Asiya İkinci Departamentinin direktoru Zamir Kabulov deyib.
Onun sözlərinə görə, bu olmadan hərəkatın tanınması barədə danışmaq tez olacaq.
"Bu (qadağan olunmuşlar siyahısından "Taliban"ın çıxarılması - red.) məcburidir. Bunsuz hərəkatın tanınması haqqında danışmaq tez olacaq. Ona görə də bu məsələ üzərində işlənilməsinə davam edilir. Bütün mülahizələrlə bağlı Rusiyanın ali rəhbərliyinə məlumat verilib. Biz qərarın qəbul olunmasını gözləyirik", - deyə Kabulov bildirib.
Diplomat onu da əlavə edib ki, Rusiya hərəkat nümayəndələrini Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumuna dəvət edib. Onun sözlərinə görə, "Taliban" Rusiyanın neft məhsulları ilə maraqlanır. Forumda Əfqanıstanın tranzit potensialı ilə yanaşı, bu mövzu da müzakirə oluna bilər.
Mənbə: NEWS.ru
"Vladimir Putin" teqi üzrə xəbərlər
- Putin "Oreşnik" sisteminin seriyalı istehsalını elan edib
- Sadık Akyar: "Baydenin Ukrayna qərarı dünyanı müharibəyə sürükləyə bilər" - ÖZƏL
- Peskov: "Putin "sülh trayektoriyası"na giriş üçün təmaslara açıqdır"
- Putin xalqa müraciət etdi: "Rusiya qətiyyətli cavab verəcək"
- KİV: "Putin Ukrayna ilə bağlı Trampla danışmağa hazır olduğunu deyib"