Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi baş tutub
Rusiya Kursk vilayətində Ukrayna hərbçiləri tərəfindən əsir götürülən 103 hərbçisini Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vasitəçiliyi ilə aparılan danışıqlar nəticəsində geri qaytarıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyi (MN) məlumat yayıb.
"Cari il sentyabrın 14-də danışıqlar prosesi nəticəsində Kiyev rejiminin nəzarətində olan ərazidən Kursk vilayətində əsir götürülmüş 103 rusiyalı hərbçi geri qaytarılıb. Əvəzində Ukrayna Silahlı Qüvvələrinin 103 hərbi əsiri təhvil verilib", - deyə nazirlikdən bildirilib.
Rusiya MN-dən bildirilib ki, Rusiya hərbçilərinin əsirlikdən qaytarılmasında BƏƏ humanitar xarakterli vasitəçilik rolu oynayıb.
"Hazırda bütün rusiyalı hərbçilər Belarus ərazisindədir, onlara lazımi psixoloji və tibbi yardım göstərilir, həmçinin qohumları ilə əlaqə saxlamaq imkanı verilib. Bütün azad edilmiş hərbçilər Rusiyaya gətiriləcək və Rusiya Müdafiə Nazirliyinin tibb müəssisələrində müalicə və reabilitasiya keçəcəklər", - deyə nazirlikdən bildirilib.
Rəylər