Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Roma Papası bütün rəsmi görüşləri ləğv etdi
Vatikanda Roma Papası Fransisklə şənbə səhərinə planlaşdırılan bütün audiensiyalar ləğv edilib.
Bu barədə Müqəddəs Taxt-Tacın Mətbuat Xidmətinin rəhbəri Matteo Bruni məlumat verib.
Onun sözlərinə görə, buna səbəb pontifikin səhhətində yaranan problemlərdir.
Qeyd edilir ki, Roma Papası Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo ilə görüşməli idi.
Xatırladaq ki, Papa Fransisk dizində şiddətli ağrılardan əziyyət çəkir, buna görə, demək olar, yeriyə bilmir və əlil arabasından istifadə edir. Yayda 86 yaşlı Papa qarnından əməliyyat olunub. Bu, pontifikin Aqostino Gemelli xəstəxanasında üçüncü hospitalizasiyası idi. Yazda pontifik viruslu bronxitdən müalicə olunub, 2021-ci ilin iyulunda isə bağırsaq əməliyyatı keçirib. Bugünkü audiensiyanın ləğvinə səbəb kimi pontifikin qripə yoluxması göstərilir.
Mənbə: TASS
Rəylər