Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Rişi Sunak seçki məğlubiyyətindən sonra "kölgə" kabineti yaradıb
Böyük Britaniyanın keçmiş baş naziri Rişi Sunak özünün "kölgə" kabinetini formalaşdırıb.
Məlumata görə, orada bəzi nazirlər parlament seçkisindən öncə hökumətdə tutduqları vəzifələrə qayıdıblar.
"Kölgə" kabineti ona görə yaradılır ki, müəyyən şərtlər daxilində real hökumətin səlahiyyətləri ona keçsin. Kabineti, adətən, rəsmi müxalifət partiyası formalaşdırır.
Bildirilir ki, Endryu Mitçel "kölgə" kabinetində xarici siyasətə cavabdeh olacaq. Ceyms Kleverli daxili işlər naziri vəzifəsini davam etdirəcək, Ceyms Kartlic isə müdafiə məsələlərinə cavabdeh olacaq.
Xatırladaq ki, Britaniyada baş nazir Rişi Sunakın rəhbərlik etdiyi hakim Mühafizəkarlar Partiyası son 14 ildə ilk dəfə parlament seçkisində məğlub olub. Sunak baş nazir postu ilə yanaşı, partiya sədri vəzifəsini də tərk edəcəyini açıqlayıb. Kir Starmer Britaniyanın yeni baş naziri təyin edilib.
Mənbə: REN TV
"Rişi Sunak" teqi üzrə xəbərlər
- Strateji əhəmiyyətə malik Azərbaycan-Böyük Britaniya əlaqələri
- 60 saniyədə əsas xəbərlər: 05.07.2024-ün ən mühüm hadisələri
- Böyük Britaniyanın yeni baş naziri vəzifəsinin icrasına başladı
- Ağıl, təhsil və pul: Sadə hindistanlı ailədən olan Rişi Sunakın Britaniya tarixində ilkləri
- Böyük Britaniyada baş nazirin bağına daxil olan şəxslər saxlanıldılar
Rəylər