Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Qırmızı dəniz qaynar nöqtəyə çevrilir: ABŞ husilərin hərbi obyektlərini məhv etdi
ABŞ Hərbi Dəniz Qüvvələri Qırmızı dənizdə husilərin iki pilotsuz gəmisini (USV) və bir radar stansiyasını məhv edib.
Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) özünün "X" hesabında xəbər verib.
Bildirilib ki, əməliyyat iyulun 4-də həyata keçirilib.
"Bu, USV-lərin və radar məntəqəsinin ABŞ və koalisiya qüvvələri, eləcə də regiondakı ticarət gəmiləri üçün birbaşa təhlükə təşkil edir. Bu tədbirlər naviqasiya azadlığını qorumaq və beynəlxalq suları daha təhlükəsiz və etibarlı etmək üçün görülüb", - deyə komandanlıqdan qeyd edilib.
Qeyd edək ki, 2023-cü ilin oktyabrında İsrail-Həmas qarşıdurmasının başlamasından sonra Yəmənin "Ənsar Allah" üsyançı hərəkatından olan husilər yəhudi dövləti ilə əlaqəli gəmilərə hücum etməyə başlayıblar. Bununla belə, üçüncü ölkələrin ticarət gəmiləri də hücumlara məruz qalır.
Rəylər