Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Qırğızıstanda prezidentin qardaşı oğlu həbs edildi
Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin (DMTK) əməkdaşları ölkə Prezidenti Sadır Japarovun qardaşı oğlu Ulan Japarovu saxlayıblar.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Sputnik Qırğızıstan" mənbələrinə istinadən xəbər verir.
Bildirilir ki, U.Japarov barəsində 19 avqusta qədər həbs qətimkan tədbiri seçilib.
"O, ağır cinayət - xüsusilə külli miqdarda dələduzluqda ittiham olunur", - deyə məlumatda qeyd edilib.
2023-cü ilin iyun ayında Ulan Japarov artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılmışdı. O, gömrükdə korrupsiya sxemlərində iştirakda ittiham olunurdu. Sonradan cəzası ev dustaqlığı ilə əvəzlənmişdi.
"Qırğızıstan" teqi üzrə xəbərlər
- Qırğızıstanda xüsusi xidmət orqanlarının rəhbərlərinə qarşı sui-qəsd hazırlayan şəxs saxlanıldı
- Qırğızıstanda yerli şuralara deputat seçkisi keçirilir
- Taalaybek İbrayev: "Qırğızıstan Azərbaycandan neft almaqda maraqlıdır"
- Azərbaycan və Qırğızıstan COP29-da enerji əməkdaşlığı üzrə "yol xəritəsi" imzalayacaqlar
- Qırğızıstanda dövlət çevrilişinin qarşısı alındı
Rəylər