Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Qərbi Azərbaycan əyalətində əhali ayağa qalxdı: Tonqallar qalandı, yollar bağlandı - VİDEO
Qərbi Azərbaycan əyalətinin Məhabad (Savcabulaq) şəhərində qəzəbli əhali ayağa qalxıb.
Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.
Bildirilib ki, qəzəbli gənclər Peyman Qəlvaninin işgəncə altında öldürülməsini pisləyərək, tonqallar yandırmaqla yolları bağlayıblar.
Xatırladaq ki, məhabadlı siyasi məhbus Peyman Qəlvani həbs olunaraq Urmu şəhərinin bədnam Kəşfiyyat İdarəsinin təcridxanasına köçürüldükdən iki həftə sonra hökumət qüvvələrinin işgəncələri altında dünyasını dəyişib.
Ən çox oxunanlar
Rəylər