Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Məsud Pezeşkiandan iki yeni təyinat
İranın yeni seçilən Prezidenti Məsud Pezeşkian ölkənin keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərifi yüksək vəzifəyə təyin edib.
"Azad Iran" "Telegram" kanalı bu barədə İran mətbuatına istinadən xəbər verir.
Belə ki, M.Pezeşkianın imzaladığı fərmana əsasən, Məhəmməd Cavad Zərif İranın strateji məsələlər üzrə vitse-prezident vəzifəsinə təyinat alıb.
Məlumat üçün əlavə edək ki, Məhəmməd Cavad Zərif İranın xarici işlər naziri vəzifəsindən əlavə, uzun illər İranın Birləşmiş Millətlər Təşkilatında Daimi Nümayəndəsi olub.
Məsud Pezeşkianın imzaladığı digər fərmanla isə Məhəmməd Cəfər Qaempənah icra işləri üzrə vitse-prezident və Prezident Administrasiyasının rəhbəri vəzifəsinin icraçısı təyin olunub.
"Məsud Pezeşkian" teqi üzrə xəbərlər
- Pezeşkian paytaxtı Tehrandan köçürməyə hazırlaşır
- İran və Rusiya Azərbaycanla sərhəddən Fars körfəzinədək dəmir yolunun çəkilişini müzakirə edirlər
- İran prezidenti Bakıya niyə gəlmədi?
- İran prezidenti: "Ölkə istənilən düşmən addımına cavab verəcək"
- Pezeşkian Trampın ABŞ prezidenti seçilməsinə münasibət bildirib
Rəylər