Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Peycer partlayışlarından sonra İranda telefonlarla bağlı qadağa tətbiq edildi
İran hakimiyyəti Livanda çoxsaylı rabitə cihazlarında baş verən partlayışlardan sonra "Motorola" korporasiyasının mobil telefonlarının idxalını və istifadəsini qadağan edib.
Bu barədə Oxu.Az "Digiato" portalına istinadən xəbər verir.
Məlumata görə, ticarət, sənaye və mineral sərvətlər nazirinin müavini Məhəmməd Mehdi Baradaran vəzifəsindən getməzdən bir müddət əvvəl bəyan edib ki, İranda hətta "Motorola" markalı telefonların satışı da dayandırılacaq.
Portalın qeyd etdiyi kimi, bir çox onlayn mağazalar artıq cihazları kataloqlarından çıxarıb və ya statuslarını "əldə yoxdur" vəziyyətinə dəyişib. İdxal qadağası səbəbindən bu markanın telefonlarının ölkə daxilində qeydiyyata alınması mümkün deyil.
"İran" teqi üzrə xəbərlər
- Xameneinin daha bir "X" hesabının fəaliyyəti məhdudlaşdırıldı
- Ermənistanda Təbriz sakini azərbaycanlı olduğuna görə dəfələrlə döyülüb
- Baş nazir Əli Əsədov İranın mədəni irs, turizm və əl işləri sənayesi naziri ilə görüşüb
- İran uranın zənginləşdirilməsini dayandıracaq?
- Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb
Rəylər