Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Paşinyan ABŞ-nin Ermənistana dəstəyini vacib hesab edir
"İrəvanla Vaşinqton arasında münasibətlər dinamik inkişaf edir".
Oxu.Az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ dövlət katibinin köməkçisinin müavini Coşua Hak ilə görüşdə deyib. Siyasətçinin bəyanatı Ermənistan hökumətinin saytında dərc olunub.
Baş nazir Ermənistan-ABŞ münasibətlərinin dinamik xarakterini vurğulayıb və Ermənistanda institusional islahatların həyata keçirilməsində ABŞ administrasiyasının göstərdiyi dəstəyin vacibliyini vurğulayıb. Paşinyan ABŞ-nin köməyi ilə Ermənistanda məqsədyönlü proqramların həyata keçirilməsinin, o cümlədən infrastrukturun yaxşılaşdırılmasının zəruriliyini bildirib.
Qeyd olunur ki, Hak və Paşinyan ölkələr arasında ikitərəfli münasibətlərlə yanaşı, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsini müzakirə ediblər. Baş nazir regionda sülhün təmin olunmasına sadiq olduğunu vurğulayıb.
Qeyd edək ki, Nikol Paşinyan bundan əvvəl Ermənistanın Avropa İttifaqına daxil olmaq fürsətini əldən verməyəcəyini bildirib. Bununla belə, o əlavə edib ki, İrəvanın Moskva və Avrasiya İqtisadi İttifaqı ilə iqtisadi əlaqələri kəsmək məqsədi yoxdur.
Həmçinin, baş nazirin sözlərinə görə, Ermənistan ABŞ və Avropa İttifaqı ilə əməkdaşlığı inkişaf etdirməklə iqtisadi əlaqələrini şaxələndirməyə çalışır. O qeyd edib ki, bu, tərəfdaşların dəyişdirilməsi ilə deyil, digər ölkələrlə qarşılıqlı əlaqələrin genişləndirilməsi ilə bağlıdır.
Rəylər