Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İran prezidentinin ölümü ilə əlaqədar daha bir neçə ölkədə matəm elan olunub
İran Prezidenti İbrahim Rəisi və onu müşayiət edən rəsmi şəxslərin helikopter qəzası nəticəsində həlak olması ilə əlaqədar daha bir neçə ölkədə milli matəm elan edilib.
Belə ki, İraq və Hindistan 21 mayı matəm günü elan edib.
Suriya və Livanda isə üç günlük matəm elan edib.
Mənbə: RİA Novosti
12:00
İran Prezidenti İbrahim Rəisi və onu müşayiət edən rəsmi şəxslərin helikopter qəzası nəticəsində həlak olması ilə əlaqədar Pakistanda birgünlük matəm elan edilib.
Bunu Pakistanın Baş naziri Şahbaz Şərif hadisə ilə bağlı İran rəhbərliyinə və xalqına verdiyi başsağlığında bildirib.
Baş nazir sosial şəbəkədə etdiyi paylaşımında prezident və onun tərəfdaşlarına hörmət əlaməti olaraq qardaş İranla həmrəylik nümayiş etdirmək üçün Pakistanda ölkənin bayrağının yarıya qədər endiriləcəyini də qeyd edib.
Rəylər