Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Netanyahu: "Qəzzadakı qətliam cavabsız qalmayacaq"
İsrail HƏMAS hərəkatından olan fələstinli radikalları sentyabrın 1-də Qəzzada öldürülən altı girovun qətlinə görə yüksək qiymət ödəməyə məcbur edəcək.
Oxu.Az xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu mətbuat konfransında bunu bildirib.
"İsrail sakitləşməyəcək və bu qətli unutmayacaq. HƏMAS bunun cavabını ağır ödəyəcək" , - deyə o vurğulayıb.
Baş nazir həlak olanların ailələrinə başsağlığı verib, baş verənlərdən dərin təəssüf hissi keçirdiyini bildirib və İsrailin varlığı uğrunda mübarizə apardığını, bu səbəbdən ölkənin birliyini qorumalı olduğunu vurğulayıb.
"Onları diri qaytara bilmədiyim üçün üzr istəyirəm. Biz buna çox yaxın idik, amma bacarmadıq" , - deyə o əlavə edib.
"İsrail-Fələstin münaqişəsi" teqi üzrə xəbərlər
- KİV: "HƏMAS İsraillə girovlarla bağlı razılığa gəlməyə hazırdır"
- Blinken İsrail-Fələstin münaqişəsi barədə: "Müharibəni bitirmək vaxtı gəlib"
- Niderlandda İsrail əleyhinə aksiyalar iğtişaşlara çevrildi
- İsrail ordusu "İslami Cihad"ın əməliyyat qərargahının rəhbərini məhv etdi
- İsrailin yeni müdafiə nazirindən AÇIQLAMA: "HƏMAS və "Hizbullah" darmadağın olub"
Rəylər