Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
"Milton" qasırğası getdi, təhlükə qaldı: Amerikalıların "sümük sındıran qızdırma" ilə yeni sınağı
Bir neçə gün ərzində ABŞ-də tüğyan etmiş "Milton" qasırğası təkcə infrastruktura ciddi ziyan vurmayıb, həm də ağcaqanadların sürətlə çoxalması üçün əlverişli şərait yaradıb.
Oxu.Az-ın "Newsweek"ə istinadən verdiyi məlumata görə, ekspertlər bunun Denge qızdırması və malyariya kimi təhlükəli xəstəliklərin artmasına səbəb ola biləcəyi barədə xəbərdarlıq edirlər.
Alimlərin sözlərinə görə, qasırğalardan sonra yüksək rütubət və qida maddələri ilə zəngin daşqın suları bu həşəratların çoxalması üçün ideal mühit yaradır.
"Qasırğalar və ekstremal hava hadisələri ağcaqanad populyasiyasına əhəmiyyətli dərəcədə təsir göstərə bilər", - deyə Mayami Universitetinin coğrafiya professoru İmelda Moise qeyd edir.
Qeyd edək ki, "sümük sındıran qızdırma" da adlandırılan Denge oynaq ağrıları, yüksək hərarət və səpkilərə səbəb ola bilər. Ağır hallarda hemorragik sindrom inkişaf edir. Malyariya isə qızdırma, titrətmə, anemiyaya səbəb olur və vaxtında müalicə olunmazsa, ölümcül ola bilər.
Qasırğadan sonra bu xəstəliklərin yayılması riskinin nə qədər davam edəcəyi hələ dəqiq məlum deyil. Alimlər bu məsələ ilə bağlı fəal tədqiqatlar aparırlar.
"Milton"dan zərər çəkmiş bölgələrin sakinlərinə ağcaqanadlardan qorunmaq üçün tədbirlər görmək və xəstəlik əlamətləri hiss etdikdə dərhal həkimə müraciət etmək tövsiyə olunur.
"Milton qasırğası" teqi üzrə xəbərlər
- Florida daha bir fəlakətlə üzləşdi: İnsanlar "ətyeyən bakteriya"ya görə əl-ayaqlarını itirirlər
- Bu xəbərləri qaçırmayın: 12.10.2024-ün ən mühüm hadisələri
- ABŞ-də "Milton" qasırğası: Soyuducuda açıq okeana sürüklənmiş kişi xilas edildi
- ABŞ-də "Milton" qasırğası nadir təbiət hadisəsinə səbəb oldu: Florida körfəzinin suyu "qurudu"
- Floridada qasırğadan sonra alliqatorlar küçələri zəbt ediblər
Rəylər