Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Meksikada seçki mitinqində səhnə uçub: Ölənlər var
Meksikanın San-Pedro şəhərinin merliyinə namizəd Loreniya Kannavatinin seçki mitinqində səhnənin bir hissəsi uçub.
Məlumata görə, hadisə nəticəsində 60 nəfər xəsarət alıb, doqquz nəfər dünyasını dəyişib.
Bu barədə Nuevo-Leon ştatının qubernatoru Samuel Qarsiya məlumat yayıb.
İnsident Vətəndaş Hərəkatı Partiyasının namizədi Loreniya Kannavatinin seçki kampaniyasını yekunlaşdıran mitinq zamanı baş verib.
Onunla bərabər səhnədə "Vətəndaş Hərəkatı"ndan Meksika prezidentliyinə namizəd Xorxe Alvares Maynes də çıxış edirdi.
Mənbə: TASS
"Meksika" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər