Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
MDB ölkələrinin DİN başçıları terrorizmlə mübarizəni müzakirə ediblər
Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Daxili İşlər Nazirləri Şurasının iclasında ekstremizmə və terrorizmə qarşı mübarizə məsələsi müzakirə edilib və müvafiq qərar qəbul olunub.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Belarusun daxili işlər naziri İvan Kubrakov görüşün yekunu üzrə jurnalistlərə açıqlamasında bildirib.
"Uzun müddətdir müzakirə olunan, həlli yolları işlənib hazırlanan məsələ ekstremizm və terrorizmlə mübarizədir. Vəzifəmiz profilaktik tədbirləri görməyə, insanların ölümünün və cinayətlərin qarşısının alınmasına imkan verəcək tədbirləri və həll yollarını işləyib hazırlamaqdır", - o bildirib.
Kubrakovun sözlərinə görə, Şuranın iclasında ümumilikdə 13 məsələyə, o cümlədən kibercinayətkarlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə bağlı məsələlərə baxılıb. "Bu gün qəbul olunan qərarlar dərhal əlavə tədbirlərin görülməsini tələb edir", - Belarus DİN başçısı vurğulayıb.
Qeyd edək ki, iclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistanın daxili işlər nazirləri, MDB-nin Antiterror Mərkəzinin, İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər.
"Müstəqil Dövlətlər Birliyi (MDB)" teqi üzrə xəbərlər
- Baş Qərargah rəisi MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib
- Ramin Cəfərov: "Şuşadakı Qlobal Media Forumu təcrübə mübadiləsi üçün uğurlu alternativ platformadır"
- Putin: "Moskva Bakı və İrəvan arasında münasibətlərin normallaşması üçün hər şey edir"
- "Bestcomp Group" CISCO tərəfindən "İlin informasiya təhlükəsizliyi üzrə tərəfdaşı" seçilib
- Moldovanın dəyişməyən "qibləsi" - Kişineu yenə Brüsseli seçib