Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Lukaşenko: "Belarus iqlim vəziyyətinin yaxşılaşdırılması üzrə öhdəliklərini yerinə yetirir"
"Belarus iqlim vəziyyətinin yaxşılaşdırılması üçün bütün öhdəlikləri yerinə yetirir".
"Report" xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Bakıda keçirilən COP29 iqlim konfransında çıxışı zamanı deyib.
"Milli iqtisadiyyatları, xüsusilə kənd təsərrüfatını dəyişən iqlim şəraitinə uyğun yenidən qurmaq lazımdır. Belarus bu işlə fəal məşğul olur və təcrübəsini bölüşməyə hazırdır", - deyə o qeyd edib.
A.Lukaşenko, həmçinin vurğulayıb ki, inkişaf etməkdə olan ölkələrin dövlət təhlükəsizliyinə xələl gətirmədən yaşıl texnologiyalara çıxışına kömək etmək vacibdir.
Belarus Prezidenti qeyd edib ki, ötənilki iqlim sammitindən sonra vəziyyət yalnız pisləşib.
"COP29" teqi üzrə xəbərlər
- Azərbaycanla Braziliya arasında bir il: COP30-dək hansı hədəflərə çatmalıyıq?
- COP29 gündəliyi - 22.11.2024
- Qaiser Navab: "Azərbaycan bütün dünya ictimaiyyətini bir araya gətirmək gücünə malikdir"
- Cin Baderşnayder: "Azərbaycan COP29-u keçirməklə böyük bir addım atmış oldu"
- Nazir müavini: "Türkiyə COP29-da təqribən 1800 nəfərlə iştirak etdi"
Rəylər