Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
ABŞ Livandakı partlayışlardan əvvəlcədən məlumatlı olub?
"ABŞ Livan ərazisində baş verən peycer partlayışları barədə əvvəlcədən məlumatlı deyildi və onlara aidiyyəti yoxdur".
Oxu.Az-ın "The Washington Post"a istinadla məlumatına görə, bu barədə ABŞ Dövlət katibi Antoni Blinken Misirin Xarici İşlər naziri Bədr Əbdül Ata ilə birgə mətbuat konfransında bildirib.
O, həmçinin bütün tərəfləri Yaxın Şərqdə münaqişənin eskalasiyasına səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.
"Biz hələ də baş verənlər haqqında məlumat və faktlar toplayırıq", - deyə Blinken qeyd edib.
Nəşrdən o da bildirilib ki, ABŞ nümayəndələri qeyri-rəsmi kanallarla İranla əlaqə saxlayaraq, partlayışlara aidiyyəti olmadığına dair əminlik veriblər.
"Co Bayden administrasiyasının rəsmiləri Livandakı hadisələrdən uzaqlaşmağa çalışıblar və bu hadisələr barədə əvvəlcədən heç bir məlumat almadıqlarını bəyan ediblər", - deyə mənbədən vurğulanıb.
Dövlət Departamentinin Mətbuat Xidmətinin rəhbəri Metyu Miller də öz növbəsində bildirib ki, Birləşmiş Ştatların Livanda rabitə qurğularının detonasiyası ilə bağlı hadisələrə aidiyyəti yoxdur və onlar hadisədən məlumatlı olmayıblar.
İsrailin müdafiə naziri Yoav Qalant Livan ərazisində peycer partlayışları başlamazdan bir neçə dəqiqə əvvəl amerikalı həmkarı Lloyd Ostinə zəng edib.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Axios" portalı amerikalı rəsmiyə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, zəng zamanı Qalant Pentaqon rəhbərinə yəhudi dövlətinin Livanda əməliyyat keçirməyi planlaşdırdığını bildirib, lakin heç bir təfərrüat verməyib. Mənbənin bildirdiyinə görə, israilli nazirin zəngi ABŞ-ni Yaxın Şərqdə baş verəcək hadisələr haqqında məlumatlandırmaq olub.
O da bildirilir ki, Ostin Livan ərazisində peycerlərin partlamasından sonra vəziyyəti müzakirə etmək üçün sentyabrın 22-23-də İsrailə səfər etməyi planlaşdırır.
Xatırladaq ki, sentyabrın 17-də bütün Livan boyunca, o cümlədən Beyrutun cənub ətrafında kütləvi şəkildə peycer partlayışları baş verib. Partlayan rabitə cihazları "Hizbullah" hərəkatının üzvlərinə məxsus olub. Son məlumatlara görə, partlayışlar nəticəsində azı 11 nəfər həlak olub, İranın Livandakı səfiri Müctəba Əmani də daxil olmaqla dörd mindən çox insan yaralanıb.
"The New York Times" qəzeti əməliyyatın arxasında İsrailin durduğunu iddia edib. Amerikalı rəsmilərin sözlərinə görə, israillilər partlayıcı qurğunu Tayvan istehsalı olan yeni peycer partiyasında gizlədiblər. Məlumata görə, qurğular Livana gətirilməzdən əvvəl yenidən quraşdırılıb - batareyanın yanında partlayıcı yerləşdirilib və peyceri məsafədən partlatmağa imkan verən açar qoşulub.
CNN də əvvəllər bildirmişdi ki, Livandakı partlayışlar İsrail kəşfiyyatı və İsrail hərbi qüvvələrinin birgə əməliyyatının nəticəsidir.
"Livanda peycer partlayışları" teqi üzrə xəbərlər
- İsraildən Livanda peycer partlayışları ilə əlaqədar ETİRAF
- İran təyyarələrdə rabitə vasitələrini qadağan edib
- "Emirates" öz təyyarələrində peycerləri qadağan edib
- Rusiya FTX-nin direktorundan bəyanat: "Peycerlərin MDB ölkələrində də partladılması təhlükəsi var"
- "Hizbullah" Təl-Əvivdə "Mossad" qərargahına ballistik raketlə zərbə endirdi
Rəylər