Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Kiyevdə yeni koronavirus dalğası: 52 nəfər ölüb
Son həftələrdə Ukraynanın paytaxtında COVID-19-a yoluxma halları əhəmiyyətli dərəcədə artıb.
Oxu.Az Unian-a istinadən xəbər verir ki, xüsusilə iyulun əvvəli ilə müqayisədə koronavirusla bağlı xəstəxanaya yerləşdirilənlərin sayı artıb.
Kiyev şəhərinin Səhiyyə Departamentinin məlumatına görə, əgər iyulun 1-nə paytaxtın tibb müəssisələrində COVID-19 diaqnozu qoyulmuş 20 xəstə var idisə, bu gün artıq 73 belə xəstə var. Onlar xəstəliyin mürəkkəb hallarını yaşayan insanlardır. Hazırda xəstəxanalara gündə orta hesabla 20-yə yaxın insan müraciət edir.
Bildirilir ki, iyulda ümumilikdə 900 COVID-19 hadisəsi qeydə alınıb, halbuki iyunda analoji hadisələrin sayı 200-dən az olub. İlin əvvəlindən Ukrayna paytaxtında bu xəstəlikdən 52 nəfər dünyasını dəyişib.
"Koronavirus" teqi üzrə xəbərlər
- Əhali arasında sürətlə yayılan xəstəlik: Halsızlıq, təngnəfəslik, boğulma - Həkimdən HƏYƏCAN TƏBİLİ
- Avropada koronavirusun yeni ştammı yayılıb
- Gələcəyin pandemiyası: Kənd təsərrüfatı heyvanlarında elmə məlum olmayan 36 yeni virus aşkarlandı
- Koronavirus Gürcüstanı yenidən bürüdü
- Koronavirusun bütün ştamlarına qarşı anticisimlər kəşf edilib
Rəylər