Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Keniyada məktəbin damı çökdü: Şagirdlərdən ölən və yaralananlar var
Keniyanın sahilyanı Kilifi rayonunda məktəbin damının çökməsi nəticəsində dörd yaşlı uşaq ölüb, bir neçə uşaq isə ağır yaralanıb.
Damın çökməsi sahilyanı bölgənin müxtəlif ərazilərinə ziyan vuran tropik İali siklonu səbəbindən baş verib.
Yerli polisin məlumatına görə, məktəb məscidin nəzdində fəaliyyət göstərib.
Hadisə nəticəsində dörd yaşlı qız ölüb, iki-dörd yaşlarında olan daha dörd uşaq yaralanıb və xəstəxanaya aparılıb.
Həmçinin, yaxınlıqdakı anbarın damının uçması nəticəsində daha bir nəfər ölüb.
Mənbə: TASS
"Keniya" teqi üzrə xəbərlər
- Keniyalı nümayəndə: "İqlim dəyişikliyi insanlara adaptasiya üçün vaxt vermir"
- On yaşlı keniyalı iştirakçı: "COP29-da ən çox xoşuma gələn uşaqlar üçün xüsusi pavilyonun olmasıdır"
- Keniyada çoxmərtəbəli bina uçub: Dağıntılar altında qalanlar var
- 42 qadının qatili olan keniyalı manyak həbsxanadan qaçdı
- İki il ərzində 42 qadın: Keniya manyakının şokedici etirafı
Ən çox oxunanlar
Rəylər